Avropa Parlamenti Ursula fon der Lyayenə qarşı etimadsızlıq qətnaməsi ilə bağlı qərarını açıqladı
Dünya
113
16:57, Bu gün

Avropa Parlamenti Ursula fon der Lyayenə qarşı etimadsızlıq qətnaməsi ilə bağlı qərarını açıqladı

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə qarşı etimadsızlıq qətnaməsi bu həftə Strasburqda keçirilən Avropa Parlamentinin (AP) plenar iclasında lazımi sayda səs toplaya bilməyib.

Bu barədə Moderator.az TASS-a istinadən xəbər verir.

Səsvermə parlamentin veb-saytında canlı yayımlanıb.

Məlumata görə, Avropa Parlamentinin 165 üzvü təşəbbüsün lehinə, 390 nəfər əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb.

Link kopyalandı!
Son xəbərlər