01:21
0°C
Bakı
Rusiya dondurulmuş aktivlərindən 1 milyard dolları Qəzza "Sülh Şurası"na ayıra bilər.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi zamanı bildirib.
"Hətta indi, Sülh Şurasının tərkibində və işində iştirakla bağlı məsələmiz həll olunmazdan əvvəl belə, Rusiyanın Fələstin xalqı ilə xüsusi münasibətlərini nəzərə alaraq, düşünürəm ki, əvvəlki ABŞ administrasiyası dövründə dondurulmuş Rusiya aktivlərindən Sülh Şurasına 1 milyard ABŞ dolları ayıra bilərdik", - deyə Putin əlavə edib.