01:09
0°C
Bakı
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsi ilə bağlı sensasion açıqlama verib.
Moderator.az xəbər verir ki, Donald Tramp NATO Baş katibi Mark Rutte ilə görüşündən sonra Qrenlandiya ilə bağlı danışıb.
O, “NATO Baş katibi Mark Rutte ilə keçirdiyim görüş nəticəsində Qrenlandiya ilə bağlı gələcəyə yönəlmiş razılaşmanın çərçivəsini müəyyən etdik” - deyə bildirib.
Tramp onu da əlavə edib ki, bu razılaşma tərəflərin gələcək əməkdaşlığı və strateji planları üçün əsas olacaq.
Bu açıqlama ABŞ-nin Qrenlandiya ilə bağlı siyasətində yeni bir mərhələ kimi qiymətləndirilir və beynəlxalq diqqət mərkəzində qalır.