00:38
-1°C
Bakı
Davosda Dünya İqtisadi Forumunun (WEF) növbəti sessiyasının keçirildiyi "Turmhotel Viktoria" hotelində yanğın baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "Blick" məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, əraziyə altı yanğınsöndürən maşın və çoxsaylı polis cəlb olunub. Xəsarət alanlar barədə məlumat verilməyib.
İnsanlar hoteldən təxliyə ediliblər. Polis ərazini mühasirəyə alıb.
Bildirilir ki, "Turmhotel Viktoria" ABŞ Prezidenti Donald Trampın gecələdiyi "AlpenGold" hotelindən cəmi beş dəqiqəlik məsafədə yerləşir.
(oxu.az)