30 ildən artıqdır ki, yayımlanan kult animasiya serialı olan, dəfələrlə “kəhanətləri” ilə gündəmə gələn "The Simpsons" (Simpsonlar) 2026-cı illə bağlı proqnozları ilə yenidən gündəmə gəlib.
Moderator.az xəbər verir ki, serialdakı iddialar bir daha sosial medianın diqqətini çəkibvə müzakirələrə səbəb olub. Bəs, 2026-cı ildə nələr “gözlənilir”?
1. Yeni bir epidemiya və sağlamlıq qorxusu
Sosial media paylaşımlarında, serialda əvvəllər virus epidemiyası təsvir edilən bölümlərin 2026-cı ildə yeni bir qrip növünə işarə etdiyi irəli sürülüb. COVID-19-dan sonra qrip hallarında artım bu iddiaları gücləndirir.
2. Süni intellekt və işsizlik
“Them, Robot” bölümlərində süni intellektin iş gücünü əvəz etməsi 2026-cı il üçün AI-nin milyonlarla işi təhlükə altına alacağı fikrinə yol açıb. Serialda robotların nəzarətdən çıxması isə yumorla göstərilib.
3. Ağıllı evlər və texnologiya təhlükəsi
“Treehouse of Horror XII” kimi bölümlərdə ağıllı ev texnologiyaları həm komik, həm də təhlükəli şəkildə təsvir edilib. Bu mövzu, müasir dövrdə ev avtomatlaşdırma sistemlərinin artması ilə yenidən gündəmə gəlir.
4. Kosmos və “adi insanların kosmosa çıxması”
Blue Origin və SpaceX kimi şirkətlərin kommersiya kosmik səyahətini mümkün etməsi ilə 1994-cü il tarixli “Deep Space Homer” bölməsindəki “adi insan kosmosa çıxır” səhnəsinin yaxın gələcəyə işarə etdiyi iddia olunur.
5. Qlobal münaqişə və III dünya müharibəsi müzakirəsi
Simpsonlar serialının keçmiş bölümlərində qlobal münaqişəyə dair göndərişlər var. Bəzi izləyicilər bunu 2026-cı ildə böyük müharibə olacağı kimi şərh edir. Lakin bu yalnız izləyici teoriyasıdır.
6. İqtisadi böhran və kriptovalyuta iddiaları
Sosial mediada Simpsonlar’ın iqtisadi çökmə, dolların dəyər itirməsi və kriptovalyuta dünyasında dalğalanmalar haqqında “gələcəkdə xəbər verdiyi” iddiaları dolaşır. Bu iddiaların rəsmi sübutu yoxdur.