Suriyadan türkman general İbrahim Kalına səsləndi - Video
Dünya
148
21 Jan 2026 | 23:15

Suriyadan türkman general İbrahim Kalına səsləndi - Video

Suriya ordusunun 76-cı Süleyman Şah diviziyasının komandiri, general Seyf Polad Əbubəkir Karaközəkdəki Süleyman Şah türbəsi ərazisindən yaydığı video mesajla Türkiyənin MİT rəhbəri İbrahim Kalına təşəkkür edib.

Moderator.az xəbər verir ki, türbənin ətrafının terrorçu elementlərdən tamamilə təmizləndiyini bildirən Əbubəkir ərazinin qorunmasının artıq şərəf və vətən borcu olduğunu vurğulayıb.

Türkman əsilli (azərbaycanlı - red.) sərkərdə bu torpaqların türk yurdu olaraq qalacağını bildirib.

Bu kadrlar Əbubəkirin sahədəki rolunu və Türkiyə ilə sıx koordinasiyanı yenidən gündəmə gətirib.

Link kopyalandı!
Son xəbərlər