00:31
-1°C
Bakı
Avropa Komissiyası (AK) Gürcüstan vətəndaşlarının diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılması prosesinə başlayıb.
Moderator.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə AK-nın mətbuat katibi Markus Lamert bildirib.
"AK hesab edir ki, Gürcüstan hakimiyyətinin fəaliyyəti viza rejiminin liberallaşdırılması prinsiplərini zəiflədir, Aİ-nin norma və dəyərlərinə uyğun deyil, iqtisadi, humanitar, mədəni, elmi və digər əlaqələrin sabit inkişafına maneə törədir", - deyə o qeyd edib.
M.Lamertin sözlərinə görə, əgər geri çəkilmə davam edərsə, vizasız rejiminin dayandırılması mexanizmi bütün Gürcüstan vətəndaşlarına şamil olunacaq.