23:25
-1°C
Bakı
Soyuq Müharibədən sonra yeni və daha güclü NATO yaradılır.
Moderator.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
"Biz Avropanın daha çox məsuliyyət daşıdığı yeni bir NATO yaradırıq", - deyə Stubb vurğulayıb.
O həmçinin qeyd edib ki, NATO Avropa təhlükəsizliyinin təməl daşı olaraq qalmağa davam edəcək.
Stubb Avropanın ABŞ-nin iştirakı olmadan özünü qeyd-şərtsiz müdafiə edə biləcəyini deyib.