Avropa Parlamenti Kiyevə 90 milyardlıq kredit verilməsi prosedurunu təsdiqlədi
Dünya
121
22:49, Bu gün

Avropa Parlamenti Kiyevə 90 milyardlıq kredit verilməsi prosedurunu təsdiqlədi

Avropa Parlamenti (AP) Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro kredit vermək üçün genişləndirilmiş əməkdaşlıq prosedurunun tətbiq edilməsi qərarını təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə AP-nin saytında məlumat verilib .

Layihə 499 səs lehinə, 135 səs əleyhinə və 24 səs bitərəf qalaraq təsdiqlənib.

Macarıstan, Çexiya və Slovakiya Ukraynaya kredit verməkdən imtina etdikləri üçün müqavilə Aİ üzv dövlətlərinə müəyyən sahələrdə əməkdaşlıq etməyə imkan verən "genişləndirilmiş əməkdaşlıq" proseduru çərçivəsində bağlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər