ABŞ lideri Si Cinpinin koronavirusla bağlı xahişindən danışıb
Dünya
54
21:10, Bu gün

ABŞ lideri Si Cinpinin koronavirusla bağlı xahişindən danışıb

Çin Prezidenti Si Cinpin ABŞ lideri Donald Trampdan koronavirusu "Çin virusu" adlandırmamasını istəyib.

Moderator.az xəbər verir ki, bunu Ağ Ev rəhbəri Davos İqtisadi Forumundakı çıxışı zamanı deyib.

“Mən koronavirusu "Çin virusu" adlandırırdım, amma Si Cinpin dedi ki, "başqa addan istifadə etmək olar?" Mən də ifadəni dəyişdim. Niyə bu məsələdə problem yaratmalıyıq?” - Tramp bildirib.

ABŞ lideri çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin və Si Cinpinlə yaxşı münasibətlərə malik olduğunu deyib.

Tramp Çin liderini "inanılmaz insan" adlandırıb və onun ölkəsində əldə etdiyi nailiyyətlərin "heyrətamiz" olduğunu etiraf edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər