21:12
0°C
Bakı
UEFA Çempionlar Liqasının əsas mərhələsində Qazaxıstanın "Kayrat" komandası ilə oyun üçün Astanaya səfər edən Belçikanın "Brügge" klubu matçdan sonra hava limanda problemlə üzləşib.
Moderator.az "Het Laatste Nieuws" nəşrinə istinadən xəbər verir ki, Belçika kollektivi təyyarələrinin mühərriklərinin donması səbəbindən havaya qalxa bilməyib.
Komanda bu səbəbdən hava limanında təxminən 5 saat gözləməli olub.
Qeyd edək ki, "Kayrat" - "Brügge" matçı qonaq komandanın 4:1 hesablı qələbəsi ilə bitib.