Narkotik testi müsbət çıxan aktrisadan ilk açıqlama
Dünya
138
20:46, Bu gün

Narkotik testi müsbət çıxan aktrisadan ilk açıqlama

Məşhurlara  qarşı aparılan istintaq çərçivəsində saxlanılan və narkotik testinin nəticəsi müsbət çıxan aktrisa Ezgi Eyüboğlu bu mövzu ilə bağlı ilk dəfə açıqlama verib.

Moderator.az xəbər verir ki, son dövrlərdə haqqında çıxan iddialara cavab verən Eyüboğlu sosial mediada yazılan bir şərhə münasibət bildirib.

Evindən çıxdığı iddia olunan maddə şəkilləri ilə bağlı Eyüboğlu “Daha çox diqqət çəkmək üçün mənim evimdən çıxmış kimi göstərdilər” deyərək ittihamları rədd edib. Bir sosial media istifadəçisinin "O qədər şey bu qızın evindən necə çıxdı?" şərhinə cavab verən aktrisa, “Mənim evimdən heç nə çıxmadı. Mənimlə heç bir əlaqəsi olmayan insanların evlərindən çıxanları daha çox diqqət çəkmək məqsədilə mənim evimdən çıxmış kimi göstərdilər, şəkillərimi istifadə edərək” bildirib.

Eyüboğlu açıqlamasının sonunda, "Bu dövrdə bir xəbərə inanmaq üçün 100 dəfə düşünmək lazımdır, bəlkə də" ifadəsini əlavə edib.

Qeyd edək ki, 2025-ci ilin 8 oktyabr tarixindən etibarən məşhurlara qarşı həyata keçirilən əməliyyatlarda çoxsaylı məşhur saxlanılıb və aparılan testlərdə narkotik maddələrə rast gəlinib. Ezgi Eyüboğlu, Cihan Şensözlü, Melisa Döngel, İrem Sak, Senna Yıldız kimi məşhurlar da saxlanılan şəxslər arasında olub. Bir neçə gün sonra açıqlanan test nəticələrində, Eyüboğlunun da aralarında olduğu bir çox şəxsdə narkotik maddə aşkar edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər