Dünya
85
19:30, Bu gün

"Donald Trampın "Sülh Şurası": Qəzzadan kənara çıxan qlobal mexanizm" - "Vesty"

"Nizamnamə təşkilatı Qəzza üçün təşəbbüsdən çıxarıb, Trampın rəhbərliyi altında mərkəzləşmiş qlobal sülh mexanizminə çevirir..." 

ABŞ-ın 47-ci prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası" rəsmi olaraq Qəzza üçün nəzərdə tutulan sülh planının icra aləti kimi təqdim olunsa da, təşkilatın Nizamnaməsi bu çərçivəni xeyli aşır. 

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Sənəddə nə Qəzza, nə də konkret ərəb-İsrail münaqişəsi qeyd olunur. Əvəzində "çevik, effektiv və nəticəyönlü beynəlxalq sülh mexanizmi" anlayışı ön plana çəkilir.

Nizamnamənin preambulasında mövcud beynəlxalq təsisatlar, dolayısı ilə BMT və ona bağlı strukturlar tənqid edilir. Vurğulanır ki, indiyədək indiyədək tətbiq olunan sülh quruculuğu modelləri böhranları həll etmək əvəzinə onları "institusionallaşdırıb" və ölkələri daimi asılılıq vəziyyətində saxlayıb. "Sülh Şurası" isə bu yanaşmadan imtina edən, praqmatik və siyasi iradəyə əsaslanan alternativ platforma kimi təqdim olunur.

Mərkəzləşmiş idarəetmə və Trampın xüsusi rolu

Nizamnaməyə əsasən, "Sülh Şurası" klassik beynəlxalq təşkilatlardan fərqli olaraq son dərəcə mərkəzləşmiş idarəetmə modelinə malikdir. Təşkilatın ilk sədri kimi birbaşa Donald Trampın adı göstərilir və ona geniş səlahiyyətlər verilir. Sədr üzvləri dəvət edir və uzaqlaşdırır, icraedici strukturları yaradır və ləğv edir, Şuranın fəaliyyətini faktiki olaraq yekun şəkildə təsdiqləyir.

Qərarlar formal olaraq səsvermə yolu ilə qəbul edilsə də, demək olar ki, bütün hallarda Sədrin razılığı həlledici sayılır. Hətta bərabər səs halında son sözü də Sədr deyir. İcraedici Şura və baş icraçı direktor mövcuddur, lakin onların qərarları istənilən vaxt Sədr tərəfindən ləğv edilə bilər.
Bu model "Sülh Şurası"nı kollektiv beynəlxalq qurumdan çox, lider mərkəzli siyasi platformaya çevirir.

Üzvlük, maliyyə və BMT-yə alternativ iddiası

Üzvlük açıq deyil və yalnız Sədrin dəvəti ilə mümkündür. Üzvlük müddəti əsasən üç il olsa da, ilk il ərzində 1 milyard dollardan artıq maliyyə töhfəsi verən dövlətlər üçün bu məhdudiyyət tətbiq edilmir. Bu detal sənədin ən çox müzakirə olunan məqamlarından biridir və təşkilatın maliyyə əsaslı siyasi çəkisini açıq şəkildə ortaya qoyur.

Nəşrin məlumatına görə, dəvəti artıq Kosovo, Macarıstan, Belarus, Argentina, Qazaxıstan, Mərakeş, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam və İsrail qəbul edib. Böyük Britaniya, Fransa və Norveç isə rəsmi şəkildə imtina edərək bu təşəbbüsün BMT-nin nüfuzunu sarsıtdığını bildiriblər.

Məhz bu məqam "Sülh Şurası"nın əsas mahiyyətini açır: sənəd BMT-ni birbaşa hədəf göstərməsə də, onun sülh və təhlükəsizlik sahəsindəki roluna alternativ, daha sərt və siyasi iradəyə əsaslanan mexanizm yaratmaq niyyətini ortaya qoyur.

Yekun mənzərə

"Sülh Şurası" Nizamnaməsi humanitar sülh dili ilə yazılsa da, mahiyyət etibarilə:
qərarların bir mərkəzdə cəmləndiyi, maliyyə gücünün üzvlük və təsir mexanizminə çevrildiyi, klassik beynəlxalq institutlara etimadsızlığın institusionallaşdırıldığı
yeni tip siyasi platformanı təsvir edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər