19:46
0°C
Bakı
Şərqi Həsəkədə, İraq sərhədindəki al-Yaarubiyah keçid məntəqəsi yaxınlığında SDQ silahlılarının hücumu nəticəsində 7 Suriya əsgəri ölüb, 20 nəfər isə yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Suriya ordusunun əsgərləri SDQ-nin partlayıcı və pilotsuz uçuş aparatlarının saxlandığı anbarda axtarış apararkən kamikadze dronunun hücumuna məruz qalıblar.