18:00
3°C
Bakı
Şiddətli "Harri" qasırğası səbəbindən İtaliyanın cənubunda "qırmızı" həyəcan səviyyəsi elan edilib.
Moderator.az-ın xəbərinə görə, bu barədə İtaliya vətəndaşlarının müdafiəsi departamentindən məlumat verilib.
Məlumata görə, həyəcan səviyyəsi Siciliya, Sardiniya və Kalabriya əraziləri üçün qüvvədədir. Bu bölgələrdən 675 nəfər təxliyə edilib. Yanvarın 21-də bölgədə güclü yağış və qasırğa küləyi gözlənilir.
Bildirilir ki, dalğaların hündürlüyü doqquz metrə çatıb və şəhər küçələrindən güclü su selləri axır.