Məhkəmə Timoşenkonun əmlakının bir hissəsinə həbs qoyub
Dünya
76
17:06, Bu gün

Məhkəmə Timoşenkonun əmlakının bir hissəsinə həbs qoyub

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi “Batkivşçina” partiyasının lideri Yuliya Timoşenkonun əmlakının bir hissəsinin həbs edilməsi barədə qərar qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.

Məlumata görə, Ali Rada çərçivəsində rüşvət almaqda şübhəli bilinən siyasətçi ilə bağlı iş üzrə məhkəmə Yuliya Timoşenkonun həyat yoldaşı Aleksandr Timoşenkoya məxsus əmlaka da, eləcə də axtarışlar zamanı götürülən pul və digər əşyalara həbs qoyub.

Timoşenkonun vəkili bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil və onu apellyasiya qaydasında şikayət edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər