Keçmiş futbol ulduzu Devid Bekhem və dizayner Viktoriya Bekhem oğulları Bruklini yalnız model Nikola Peltslə münasibətlərini bitirəcəyi halda bağışlayacaqlarını bəyan ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Xəbərdə deyilir ki, Bekhemlər oğulları ilə barışmağa cəhd etsələr də, buna nail ola bilməyiblər:
"Mövcud vəziyyətə baxmayaraq, Devid və Viktoriya övladlarını hələ də çox sevirlər. Bekhemlər oğulları ilə münasibətləri düzəltmək üçün əllərindən gələni etsələr də, nəticə olmayıb. İndi isə görünür ki, Bruklin Nikola ilə birlikdə olduğu müddətdə geri dönüş yoxdur".
Nəşr qeyd edib ki, Bruklinin nənə və babası da nəvələrinin hərəkətindən dərin məyusluq hissi keçirirlər:
"Onlar nəvələrini çox sevirlər, amma öz övladlarının acılarına da etinasız ola bilmirlər".
Xatırladaq ki, 2022-ci ilin aprelində Bruklin Bekhem Nikola Peltslə evlənib. Toyun təşkili zamanı Viktoriya Bekhemlə Nikola arasında münasibətlər gərginləşib. Belə ki, model gəlinlik üçün "Valentino Couture" şirkətinin məhsuluna üstünlük verib və Bekhemlərin brendindən istifadə etməyib.