Trampın xüsusi nümayəndəsinin Putinlə görüşünün dəqiq tarixi açıqlandı
Dünya
105
16:40, Bu gün

Trampın xüsusi nümayəndəsinin Putinlə görüşünün dəqiq tarixi açıqlandı

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün sabah Moskvaya səfər edəcəklər.

Moderator.az xəbər verir ki, S.Uitkoff bu barədə "Bloomberg" nəşrinə açıqlama verib.

Yanvarın 22-də baş tutacaq görüş Rusiya prezidenti ilə ABŞ liderinin xüsusi nümayəndəsi arasında 2026-cı ildə ilk təmas olacaq.

"Cümə axşamı Putinlə görüşməliyik. Bunu rusiyalılar tələb ediblər. Düşünürəm ki, bu, onlar tərəfindən atılan vacib bir addımdır", - S.Uitkoff deyib.

Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov xəbəri təsdiqləyib.

Qeyd edək ki, Uitkoff, Kuşner və Putin sonuncu dəfə dekabrın 2-də görüşüblər.

"Bloomberg"in məlumatına görə, yanvarın 22-dəki müzakirədə əsas mövzular ABŞ və Avropanın Kiyevə verəcəyi təhlükəsizlik zəmanətləri, Ukraynanın münaqişədən sonrakı bərpası məsələsi olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər