Avropa hökumətləri ABŞ Prezidenti Donald Trampın faktiki olaraq BMT-yə alternativ yeni beynəlxalq qurum yaradacağından ehtiyat edirlər.
Moderator.az xəbər verir ki, bu barədə "Bild" öz mənbələrinə istinadən məlumat verir.
Qəzetin məlumatına görə, ABŞ prezidenti Davosa səfərindən BMT-yə rəqib bir təşkilat yaratmaq və qlobal siyasətdə təsirini daha da gücləndirmək üçün istifadə edə bilər. D.Tramp təklif etdiyi Sülh Şurasından Qəzza zolağındakı vəziyyəti həll etmək bu məqsədlə istifadə edə bilər.
Bu qurum əvvəlcə Qəzza zolağında yeni yaradılmış hökumətin işinə nəzarət etmək üçün nəzərdə tutulmuşdu. Lakin "Bild"in qeyd etdiyi kimi, Qəzza məsələsi Sülh Şurasının bu yaxınlarda dərc edilmiş nizamnaməsində, demək olar ki, yer almayıb. Əvəzində təşkilat "münaqişədən zərər çəkən və ya təhlükə altında olan ərazilərdə sülhü təmin etməlidir" və beləliklə, onun fəaliyyəti Qəzzadan kənara çıxır.
D.Trampa yalnız şuranın rəhbərliyi deyil, həm də digər üzvlərin qərarlarını ləğv etmək və birtərəfli qaydada öz varisini təyin etmək səlahiyyəti veriləcək.
Qəzetin mənbələrinə görə, ABŞ hökuməti Sülh Şurasının tərkibi barədə Avropa ölkələrinə, demək olar ki, heç bir məlumat verməyib. "Bild" iddia edir ki, Trampın Çin və Rusiya ilə şura çərçivəsində, lakin Avropa ölkələrinin iştirakı olmadan müqavilələr bağlaması ideyası Avropa üçün böyük nüfuz itkisi deməkdir.