Bizi sosial şəbəkələrdən izləyin:
Aviasiya sektorunda sərnişinlərlə bağlı gözlənilməz iqtisadi effekt geniş müzakirələrə yol açıb.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, sərnişinlərin orta çəkisinin azalması aviaşirkətlərə ildə yüz milyonlarla dollar qənaət imkanı yarada bilər.
Konsaltinq şirkətlərinin hesablamalarına görə, təyyarənin qalxma kütləsinin azalması birbaşa yanacaq sərfinin aşağı düşməsinə səbəb olur. Məsələn, "Boeing 737" tipli təyyarənin ümumi çəkisinin cəmi 2 faiz azalması bir reys üzrə yanacaq xərclərini 1,5 faiz azaltmağa imkan verir. Bu isə aviaşirkətlərin orta mənfəətinin təxminən 4 faiz artması deməkdir.
Hazırda aviaşirkətlərin illik yanacaq xərcləri 38,6 milyard dollar səviyyəsində qiymətləndirilir. Analitiklərin proqnozuna görə, sərnişin çəkisindəki azalma fonunda bu məbləğ ildə 580 milyon dollara qədər qənaətlə nəticələnə bilər.
Məhz bu səbəbdən Qərb mediasında ironik, lakin diqqətçəkən müzakirələr başlayıb: gələcəkdə aviaşirkətlər sərnişinlərə arıqlama vasitələri paylamaqda maraqlı ola bilərmi? Mütəxəssislər bunun hələlik simvolik yanaşma olduğunu bildirsələr də, fakt odur ki, arıqlama dalğası artıq yalnız səhiyyəni deyil, qlobal aviasiya iqtisadiyyatını da dəyişməyə başlayıb.