KİV: Dünya İqtisadi Forumunun təşkilatçılığı Davosdan başqa şəhərə keçə bilər
Dünya
182
12:36, Bu gün

KİV: Dünya İqtisadi Forumunun təşkilatçılığı Davosdan başqa şəhərə keçə bilər

Dünya İqtisadi Forumunun (WEF) təşkilatçıları tədbirin keçiriləcəyi yeri Davosdan Avropanın və ya ABŞ-nin bir şəhərinə köçürməyi, eləcə də növbəli şəkildə müxtəlif məkanlardan istifadə etməyi düşünürlər.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Financial Times" nəşri mənbələrinə istinadən məlumat yayıb.
 
Qəzet yazıb ki, forumun təşkilatçıları nüfuzlu toplantının yerini dəyişdirmək ehtiyacını diqqətlə nəzərdən keçirirlər.
 
"Forumun müvəqqəti həmsədri, ABŞ-nin investisiya firması "BlackRock"un baş direktoru Larri Fink zirvə görüşünün Davosdan köçürülməsi və ya növbəli məkanlardan istifadə də daxil olmaqla bəzi variantları diqqətə çatdırdı. Xüsusilə, Detroyt və Dublin şəhərlərinin namizədliyi müzakirə edildi", - deyə nəşri məlumatlandıran mənbə bildirib.
 
Mənbələrin verdiyi məlumata görə, Fink tənqidlərə tuş gələn forumla bağlı islahatları da təklif edib. Onun fikrincə, forum siyasi və biznes liderlərinin iştirakı ilə məhdudlaşmamalıdır.
 
Xatırladaq ki, bu il forum yanvarın 19-da başlayıb və ayın 23-dək davam edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər