Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub
Dünya
118
09:20, Bu gün

Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.
 
Ərdoğan Türkiyənin Suriyadakı prosesləri yaxından izlədiyini, onun birlik, bərabərlik və ərazi bütövlüyünün Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
 
Görüşdə, həmçinin İŞİD-lə mübarizə və Suriyadakı həbsxanalarda saxlanılan üzvlərinin vəziyyəti müzakirə edilib.
 
Türkiyə prezidenti bildirib ki, bütün elementləri ilə inkişaf edən, terrorizmdən təmizlənmiş Suriyanın formalaşması regionun ümumi sabitliyinə töhfə verəcək.
 
Danışıq zamanı Qəzzada sülhün təmin olunması istiqamətində görülən işlərə də toxunulub. Türkiyə tərəfi bu məsələdə ABŞ ilə koordinasiyalı fəaliyyətini davam etdirəcəyini bəyan edib.
 
Prezident Rəcəb Tayyib Ərdoğan Qəzza Sülh Şurasına dəvətə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü çatdırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər