Dünya
372
20 Jan 2026 | 23:47

"Uşaqların xoşbəxt böyüməsi üçün 7 məsləhət" - Elmi araşdırma

"Uğurlu və xoşbəxt uşaq yetişdirmək düşünüləndən daha sadədir..."

Hər valideynin arzusu övladının özünə güvənən, müstəqil və xoşbəxt bir insan kimi böyüməsidir. İlk baxışdan elə görünə bilər ki, bunun üçün xüsusi metodlar və ya ideal şərait lazımdır. 

Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.

Lakin uzun illər aparılan elmi müşahidələr göstərir ki, uşağın uğurlu yetişdirilməsində əsas amillər düşündüyümüzdən daha sadədir.

Araşdırmanın əhatəsi və məqsədi

Son səksən il ərzində alimlər 70 mindən çox ailəni və beş nəsil uşaq yetişdirilməsini izləyərək onların təhsilini, karyerasını, sağlamlıq və psixoloji durumunu, həmçinin ailə atmosferini analiz ediblər. Məqsəd bəzi uşaqların böyüdükdə özünü həyata hazır hiss etməsi, digərlərinin isə bununla çətinlik çəkməsinin səbəbini müəyyən etmək və valideynlərin rolunu anlamaq olub.

Uşaq tərbiyəsi üzrə mütəxəssis Hellen Pirson uşağın rifahına ən çox təsir edən yeddi valideyn davranış modelini müəyyən edib:

- Canlı ünsiyyət - uşaqlarla söhbət və onların fikirlərinə səmimi maraq, sərf olunan vaxtdan daha önəmlidir. Valideynlər diqqətli dinlədikdə və cihazlara fikir vermədikdə, uşaq özünü əhəmiyyətli və təhlükəsiz hiss edir.

- Sualara hərarətli cavab vermək - uşağın marağını görməzdən gəlməmək, sakit və aydın şəkildə izah etmək övladın düşüncə və özünə inamını inkişaf etdirir.

- Gələcək barədə danışmaq - uşağı planlarınıza daxil etmək və perspektivlərini müzakirə etmək ona məqsəd qoymaq və öz imkanlarına inam yaratmaq imkanı verir.

- Əlifba və rəqəmlərlə erkən tanışlıq - oyun vasitəsilə öyrənmə məktəbdə gələcək təhsilin möhkəm təməlini yaradır.

- Birlikdə səyahətlər və yeni təcrübələr - qohumları ziyarət, ekskursiyalar və gəzintilər uşağın dünyagörüşünü genişləndirir və ona ətraf mühitlə qarşılıqlı əlaqəni öyrədir.

- Oxumaq sevgisi - erkən yaşda oxumağa təşviq edilən uşaqlar böyüdükdə daha yüksək səviyyədə savadlılıq, riyaziyyat bacarığı və informasiya ilə işləmə qabiliyyəti göstərir. Bu effekt ölkə və mədəniyyətdən asılı olmayaraq davam edir.

- Sabit yuxu rejimi - müntəzəm yatma vaxtı uşağın davranışı və emosional vəziyyəti ilə birbaşa bağlıdır. Araşdırmalar göstərir ki, qeyri-müntəzə yuxu biologiyaya təsir edir, beyin inkişafını əngəlləyir, sabit rekim isə özünü təmzimləməyi və davranış problemlərimin azalmasını təmin edir.

Vacib nüanslar

Bütün bu tövsiyələr sadə görünsə də, davamlı və keyfiyyətli diqqət uşağın inkişafında həlledici rol oynayır. Lakin alimlər bildirir ki, kasıb və ya əlverişsiz mühitdə böyüyən uşaqlar əlavə çətinliklərlə üzləşir və ən diqqətli tərbiyə belə başlanğıc bərabərsizliklərini tam kompensasiya edə bilməyə bilər. Buna baxmayaraq, yaxşı valideyn təcrübələri şəraitdən asılı olmayaraq, uşağın xoşbəxt və uğurlu gələcəyini əhəmiyyətli dərəcədə artırır.

Link kopyalandı!
Son xəbərlər