02:02
2°C
Bakı
Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner ilə Davosda danışıqlar aparıb.
Moderator.az xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Məlumata görə, görüş qapalı formatda iki saatdan artıq davam edib. ABŞ Evinin qarşısında böyük izdiham toplandığı üçün danışıqların iştirakçıları Amerika pavilyonuna əlavə girişdən keçirilib.
Kirill Dmitriyev bildirib ki, Davosda keçirdiyi görüşlər konstruktiv xarakter daşıyır və getdikcə daha çox insan Rusiyanın mövqeyinin düzgünlüyünü qəbul edir.