ABŞ artıq Suriyada uzunmüddətli hərbi mövcudluğun saxlanılmasına çalışmır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack "X" hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ uzunmüddətli hərbi mövcudluqda maraqlı deyil.
Vaşinqton üçün əsas prioritet İŞİD-in qalıqlarının məhv edilməsi, milli barışığın dəstəklənməsi və separatizmə və ya federalizmə yol vermədən Suriyada milli birliyin möhkəmləndirilməsidir.
Diplomat əlavə edib ki, SDQ-nin İŞİD-ə qarşı quru əməliyyatlarında əsas qüvvə kimi ilkin rolu böyük ölçüdə aktuallığını itirib, çünki Dəməşq artıq təhlükəsizliyin təmin edilməsi üzrə öhdəlikləri öz üzərinə götürməyə hazır və qadirdir.