Avropa İttifaqı İranın dron və raket istehsalını məhdudlaşdırmaq istəyir
Dünya
132
22:40, Bu gün

Avropa İttifaqı İranın dron və raket istehsalını məhdudlaşdırmaq istəyir

"Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar hazırlayır. Dron və raket istehsalı üçün komponentlərin tədarükünə ixrac məhdudiyyətləri qoyulur".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas İrandakı vəziyyətlə bağlı Avropa Parlamentindəki dinləmələr zamanı bildirib.

"Etirazların sərt şəkildə yatırılmasına görə İrana qarşı yeni sanksiyalar təklif edirik", - deyə o bəyan edib.

Kallas, həmçinin Avropa Komissiyasının və Aİ diplomatik xidmətinin İrandakı etirazların iştirakçılarını dəstəkləmək niyyətində olduğunu qeyd edib.

Link kopyalandı!
Son xəbərlər