Tramp Qrenlandiya, Kanada və Venesuelanın ABŞ bayraqlı xəritəsini paylaşdı
Dünya
187
20 Jan 2026 | 22:30

Tramp Qrenlandiya, Kanada və Venesuelanın ABŞ bayraqlı xəritəsini paylaşdı

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Venesuela, Kanada və Qrenlandiyanın ABŞ bayrağı ilə örtüldüyünü göstərən şəkil paylaşıb.

Moderator.az xəbər verir ki, ABŞ lideri fotonu "Truth Social" platformasında dərc edib.

Süni intellekt tərəfindən yaradılan şəkildə Tramp Ağ Evdəki masasında əyləşib, Avropa liderləri isə onun qarşısında düzülüblər. Yaxınlıqdakı divarda ABŞ bayrağı ilə örtülmüş ABŞ, Kanada, Qrenlandiya və Venesuelanın xəritəsi yer alır.

Tramp Qrenlandiya, Kanada və Venesuelanın ABŞ bayraqlı xəritəsini paylaşdı

Bir az sonra dərc olunan başqa bir şəkildə Trampın vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyaya ABŞ bayrağını sancdığı görünür.

Tramp Qrenlandiya, Kanada və Venesuelanın ABŞ bayraqlı xəritəsini paylaşdı

Link kopyalandı!
Son xəbərlər