Dünya
647
21:45, Bu gün

"Biz İrana indiyədək hələ üzləşmədiyi güclə cavab verəcəyik" - Netanyahu

"Tehrandakı zorakılıq fonunda İsrail hədələri sərtləşdirir, BMT isə gecikmiş debatlara hazırlaşır..."

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 19-da Knessetdə çıxışı zamanı İrana açıq hədələr səsləndirib.

Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri məlumat yayıb.

İsrail baş nazirindən sərt mesajlar

Netanyahu bildirib ki, Tehran İsrailə qarşı hər hansı səhvə yol verərsə, cavab indiyədək üzləşmədiyi gücdə olacaq. "Əgər İran səhv edərək bizə hücum etsə, onun indiyə qədər görmədiyi güclə cavab verəcəyik", - deyə o, müxalifətin təşəbbüsü ilə keçirilən "40 imza debatları" zamanı bildirib.

Baş nazir əlavə edib ki, İranda baş verənləri proqnozlaşdırmaq çətindir, lakin ölkə əvvəlki vəziyyətinə qayıtmayacaq. Onun sözlərinə görə, İsrail İranda baş verən hadisələri diqqətlə izləyir və İran vətəndaşlarının azadlıq, rifah və ədalət uğrunda mübarizəsi böyük təəssürat doğurur.

BMT-nin İrana gecikmiş reaksiyası

Bu fonda BMT-nin İnsan Hüquqları Şurası İranda baş verən hadisələrlə bağlı "təcili debatlar" çağırdığını açıqlayıb. İclas etirazların zorakılıqla yatırılmasından həftələr sonra, yaxın cümə günü keçiriləcək. Rəsmi səbəb kimi ölkədə müşahidə olunan "narahatedici zorakılıq" göstərilir.

Tehranın rəsmi məlumatına görə, etirazlar zamanı azı 5 min nəfər həlak olub. Hüquq müdafiəçiləri və Qərb mənbələri isə real rəqəmlərin iki, hətta üç-dörd dəfə yüksək ola biləcəyini bildirir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk zorakılığı pisləyərək, debatların miqyas və qəddarlıq səbəbilə zəruri olduğunu deyib.

Bununla belə, tənqidçilər Şuranın reaksiyasını gecikmiş sayır və Qəzza müharibəsindən sonra İsraillə bağlı günlər içində toplanan qurumun İran məsələsində həftələrlə susmasını ikili standart kimi qiymətləndirir.

Link kopyalandı!
Son xəbərlər