Vuçiç: Qafqaz ölkələri Avropa və Asiya arasında əsas vasitəçilərə çevriliblər
Dünya
206
20:22, Bu gün

Vuçiç: Qafqaz ölkələri Avropa və Asiya arasında əsas vasitəçilərə çevriliblər

Qafqaz ölkələri Avropa və Asiya arasında əsas vasitəçilər, həmçinin əlaqələndiriciyə çevriliblər.

Moderator.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan və Ermənistanla münasibətlərə dair müzakirələr kontekstində deyib.

"Mən səmimi dostluğumuza və həmçinin ümumi maraqlarımıza inanıram. Biz üçümüz (Serbiya, Azərbaycan və Ermənistan - red.) Avropa siyasi birliyinin üzvləriyik. Serbiya Aİ-yə doğru yoldadır, lakin bizim Qafqaz ölkələri ilə bir yolumuz var", - Vuçiç bildirib.

Serbiya liderinin sözlərinə görə, dünya ölkələri pandemiya nəticələri, ticarət tədarükündə inflyasiya, tariflər və sanksiyalar səbəbindən çoxsaylı pozuntularla, iqtisadi problemlərlə üzləşirlər və bu kontekstdə Serbiya, Azərbaycan və Ermənistan qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün birləşməlidirlər.

"Yol infrastrukturu, dəmir yolu infrastrukturu, rəqəmsal iqtisadiyyat, həmçinin, düşünürəm ki, innovasiyalar, İT sektoru və nəticə etibarilə, süni intellekt haqqında danışsaq, bunlar bizim əlaqələri gücləndirə biləcəyimiz sahələrdir. Və mən həqiqi dostluğumuza, həmçinin bizi gələcəkdə daha güclü, cəsarət edib deyirəm, daha sürətli şəkildə əlaqələndirmək və birləşdirmək üçün böyük maraqlarımıza inanıram", - Vuçiç üç dövlətin əməkdaşlıq perspektivi kontekstində bildirib.

Link kopyalandı!
Son xəbərlər