Avropa ABŞ istiqrazlarından Qrenlandiya məsələsində təzyiq üçün istifadə edə bilər
Dünya
202
20:09, Bu gün

Avropa ABŞ istiqrazlarından Qrenlandiya məsələsində təzyiq üçün istifadə edə bilər

"Avropa ABŞ istiqrazlarından Qrenlandiya məsələsində rəsmi Vaşinqtona təzyiq göstərmək üçün istifadə edə bilər".

Moderator.az xəbər verir ki, amerikalı ekspert Rebekka Patterson "Financial Times"də (FT) dərc olunan məqaləsində bu barədə yazıb.

O qeyd edir ki, Avropadakı ABŞ istiqrazları ehtiyatı Ağ Ev rəhbəri Donald Trampa güclü təsir vasitəsi ola bilər. Ekspertin fikrincə, hərbi tələblər səbəbindən artmaqda olan büdcə kəsiri daha çox istiqraz tələb edir.

R.Pattersonun sözlərinə görə, bu, ABŞ-nin əsas istiqraz alıcılarını məyus etmək istəməməsindən xəbər verir.

Ekspert bildirib ki, Avropanın isə Vaşinqtonu Qrenlandiyanı ilhaq etməkdən çəkindirmək məqsədilə hökumətlərlə əlaqəli investorları ABŞ-nin dövlət istiqrazlarındakı paylarını azaltmağa təşviq etməsi mümkündür.

Bu, həmçinin digər səhmdarların da ABŞ-nin müxtəlif maliyyə bazarlarında payını azaltması ilə nəticələnə bilər.

Link kopyalandı!
Son xəbərlər