20:40
2°C
Bakı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ABŞ-nin Qəzza üzrə Sülh Şurasına daxil olmaq dəvətini qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə bəyanat BƏƏ-nin Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
BƏƏ rəhbəri vurğulayıb ki, bu qərar ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhün bərqərar olması planının reallaşdırılmasının vacibliyini əks etdirir.
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ABŞ liderinin qlobal sülhə sadiqliyinə əminliyini təsdiqləyib. Bəyanatda qeyd olunub ki, 2020-2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə İsrail və ərəb dövlətləri arasında bağlanmış "İbrahim razılaşmaları" buna nümunədir.
Xatırladaq ki, Tramp Sülh Şurasının yaradıldığını yanvarın 16-da elan etmişdi.