Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər
Dünya
263
18:59, Bu gün

Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər

"Rusiyada xarici vətəndaşlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq və yalnız xarici pasportlarla açılmasına icazə vermək lazımdır".

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Andrey Luqovoy deyib:

"Miqrantlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq zəruridir. Xarici vətəndaşlar bir bankdan və yalnız bir hesabdan istifadə etməlidir. Onlar hazırda Rusiya banklarında hesablarını öz ölkələrinin daxili şəxsiyyət vəsiqəsindən istifadə edərək açırlar".

Onun fikrincə, banklar belə vacib prosesləri yalnız beynəlxalq pasportlar vasitəsilə həyata keçirməlidir.

Link kopyalandı!
Son xəbərlər