Belçikanın baş naziri:
Dünya
174
18:58, Bu gün

Belçikanın baş naziri: "Avropa ABŞ-yə güzəştə getsə, ləyaqətini itirə bilər"

"Avropa İttifaqı Vaşinqtona güzəştə getməyə davam edərsə, ləyaqətini itirmək riski ilə üzləşər".

Moderator.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu fikri Belçika Baş naziri Bart de Vever Davos Forumunda çıxışı zamanı bildirib:

"Düşünürəm ki, Avropa yol ayrıcındadır. Əgər indi güzəştə getsək, ləyaqətimizi itirəcəyik".

O, indiyədək Avropanın Ağ Evin başçısını sakitləşdirməyə çalışdığını və tarif məsələlərinə çox yumşaq yanaşdığını qeyd edib:

"İndi qərar qəbul etməyin vaxtıdır".

Belçikanın baş naziri yanvarın 21-də Donald Trampla görüşəcəyini də açıqlayıb.

O, görüş zamanı amerikalılara qırmızı xətləri keçdikləri barədə siqnal vermək fikrində olduğunu söyləyib.

Siyasətçi deyib ki, ABŞ prezidentini seçim qarşısında qoymaq niyyətindədir: "Birlikdə olmaq və ya ayrılmaq".

Link kopyalandı!
Son xəbərlər