Paris ABŞ Prezidenti Donald Trampın Fransa Prezidenti Emmanuel Makronun Vaşinqtonun təşəbbüsü ilə yaradılan Sülh Şurasının işində iştirakdan imtina etməsinə cavab olaraq fransız şərabına 200%-lik rüsumun tətbiq olunması təhdidini qəbuledilməz hesab edir.
Moderator.az-ın xəbərinə görə, bu barədə "BFMTV" telekanalı Fransa prezidentinə yaxın çevrəyə istinadən məlumat verib.
"Bu, qəbuledilməzdir və qeyri-effektivdir", - deyə mənbə bildirib.
Mənbə, həmçinin qeyd edib ki, Fransa Prezident Administrasiyası Trampın açıqlamalarını nəzərə alıb.
Xatırladaq ki, daha əvvəl Makronun ABŞ liderinin yaratdığı Sülh Şurasına qoşulmaq dəvətini qəbul etməyi planlaşdırmadığı bildirilmişdi. Fransa prezidenti ehtimal edir ki, yeni təşkilatın nizamnaməsi Qəzza zolağı ilə bağlı məsələlərdən kənara çıxır və bu da ciddi narahatlıqlar doğurur. Paris bununla əlaqədar olaraq BMT-nin prinsiplərinə və institusional çərçivələrinə əməl edilməsi zərurətindən xüsusilə narahatdır, hansı ki, Fransa bunu müzakirə mövzusu hesab etmir. Bu məlumat daha sonra Fransa xarici işlər naziri Jan-Noel Barro tərəfindən təsdiqlənib.