Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib
Dünya
274
18:50, Bu gün

Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib

Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.

Moderator.az xəbər verir ki, DEM Partiyanın bu həftəki qrup toplantısı Türkiyə Böyük Millət Məclisi əvəzinə Nusaybin şəhərində təşkil olunub. Toplantıdan sonra bir qrup şəxs PKK terror təşkilatının bayraqları ilə sərhədə doğru yürüşə başlayıb və sərhəddə yerləşdirilmiş Türkiyə bayrağını endirib.

Hadisə zamanı iştirakçıların bir hissəsi sərhədin digər tərəfindəki Türkiyə bayrağına da hücum edib, YPG terror təşkilatını dəstəkləyən şüarlar səsləndiriblər.

Sərhədin təhlükəsizliyini təmin edən qüvvələr xəbərdarlıq məqsədilə havaya atəş açaraq təxribatçı qrupdan ərazini tərk etməyi tələb ediblər. Məlumata görə, bundan sonra qrup hadisə yerindən uzaqlaşıb.

DEM Parti sözçüsü Ayşegül Doğan X hesabında paylaşdığı açıqlamada Nusaybin–Qamışlı sərhədində Türkiyə bayrağının endirilməsinin onları “dərindən narahat etdiyini” bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran isə hadisəyə sərt reaksiya verərək baş verənləri “təxribat” kimi qiymətləndirib. O qeyd edib ki, ölkənin milli təhlükəsizliyinə və dövlətin müqəddəs dəyərlərinə qarşı yönələn hər bir təhdidin qarşısı qətiyyətlə alınacaq. Burhanettin Duran hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmaya başlanıldığını, hüquqi və inzibati tədbirlərin görüləcəyini də vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər