Domodedovo limanına müştəri tapılmadı
Dünya
131
18:30, Bu gün

Domodedovo limanına müştəri tapılmadı

Domodedovo Hava Limanının satışı üzrə hərrac iddiaçıların olmaması səbəbindən ləğv edilib.

Moderator.az-ın "Kommersant"a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat hərracın rəsmi saytında dərc edilib.

Məlumata görə, yalnız fərdi sahibkar Yevgeni Vitalyeviç Boqatı hərracda iştirak etmək istəyib.

Hərrac planları dekabr ayında elan edilib. Müraciətlər 13-19 yanvar tarixlərində qəbul edilib. Lotun başlanğıc qiyməti 132 milyard rublu (2.89 milyard manat) keçib. Cəmi 1% artım elan edilib. Maliyyə naziri Anton Siluanov ötən ilin sonunda potensial alıcının ortaya çıxdığını bildirmişdi. Yeni il tətillərindən sonra "Avito" satış saytında qısa müddətə hava limanının 132.2 milyard rubla satılması ilə bağlı elan peyda olub və satıcı "PAO Bank PSB" kimi qeyd edilib.

Hava limanı əvvəllər hüquqi şəxslərlə yanaşı, iş adamları Dmitri Kamenşik və Valeri Koqana məxsus olub. Ötən ilin iyun ayında Moskva Vilayət Arbitraj Məhkəməsi Rusiya Baş Prokurorluğunun iddiasını təmin edib və hava limanını dövlətin xeyrinə müsadirə edib. Ölkə üçün bu strateji müəssisənin dəyəri bir trilyon rubl (21.8 milyard manat) olub.

Link kopyalandı!
Son xəbərlər