CNN: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı sazişə yenidən baxa bilərlər
Dünya
202
18:00, Bu gün

CNN: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı sazişə yenidən baxa bilərlər

ABŞ və Danimarka Qrenlandiyanın statusu ilə bağlı münaqişənin qarşısını almaq üçün 1951-ci ildə imzalanmış müdafiə sazişini yenidən nəzərdən keçirə bilərlər.

Moderator.az xəbər verir ki, CNN Avropa siyasi dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, NATO-nun baş katibi Mark Rütte fərdi qaydada müqavilənin yenidən nəzərdən keçirilməsi məsələsini qaldırıb. Ehtimal ki, razılaşmaya Çinin Qrenlandiyaya investisiya qoymasını qadağan edən "ciddi zəmanətlər" daxil ediləcək.

ABŞ və Danimarka arasında 1951-ci il müqaviləsi Amerika qoşunlarının Qrenlandiyada yerləşməsini nəzərdə tutur və xarici müdaxilə olacağı təqdirdə adanın müdafiəsi məsuliyyətini Vaşinqtona həvalə edir.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiya üzərində nəzarətin zəruriliyini bildirib. Bu məsələ ilə bağlı müzakirələr 2026-cı ilin əvvəlində yenidən başlayıb. Qrenlandiya hakimiyyəti ABŞ-yə birləşmək imkanlarını istisna edib. Cavabında Tramp fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan gələn mallara 10% rüsum tətbiq etmək qərarına gəlib. O bildirib ki, bu qərar Qrenlandiyanın alınması ilə bağlı razılaşma əldə edilənə qədər qüvvədə qalacaq.

Link kopyalandı!
Son xəbərlər