20:07
2°C
Bakı
Çernobıl atom elektrik stansiyası (AES) bütün xarici enerji təchizatından tamamilə ayrılıb.
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi məlumat verib.
Məlumata görə, təchizatın kəsilməsi təkcə Çernobıl AES-in qurğularına deyil, həm də regiondakı digər AES-lərə enerji verən elektrik xətlərinə də təsir göstərib.
BAEA hadisəni Çernobıl AES-in ərazisinə və digər qurğulara elektrik enerjisi verən yüksəkgərginlikli infrastrukturun zədələnməsi ilə əlaqələndirib.
Qeyd olunub ki, vəziyyət davamlı olaraq izlənilir və cüzi bir dəyişiklik barədə BAEA məlumatlandırılır.