Ağ Evdə gizli bunkerin yenidən qurulmasına başlanılıb
Dünya
197
17:07, Bu gün

Ağ Evdə gizli bunkerin yenidən qurulmasına başlanılıb

Ağ Evin Şərq qanadının altındakı gizli bunker yeni ehtiyaclara uyğun olaraq yenidən qurulur.

Moderator.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin CNN telekanalı mənbəyə istinadən məlumat verib.

"80 ildən çox vaxt keçdikdən sonra Şərq qanadında Prezident Donald Trampın yeni, geniş bal zalının inşasına hazırlıq məqsədilə yenidən tikinti işləri aparılır, köhnəlmiş olsa da, tarixi yeraltı tikililər isə sökülüb. Və yenidən bunkerin bərpası planları gizli saxlanılır", - deyə məlumatda bildirilib.

Telekanalın mənbəsinin məlumatına görə, indi sözügedən məkan, böyük ehtimal, yenidən nəzərdən keçirilir və dəyişkən təhdidlərə qarşı mübarizə üçün yeni texnologiyaların tətbiqi planlaşdırılır.

Layihənin mövcudluğu barədə, demək olar ki, heç bir məlumat verilmir, Ağ Evin özü isə telekanala şərh verməkdən imtina edib.

"Paytaxtın planlaşdırılması üzrə Milli Komissiyasının bu yaxınlarda keçirilən və bal zalı ilə bağlı məsələnin müzakirə olunduğu iclasında Ağ Evin idarəetmə və administrasiya üzrə direktoru Coşua Fişer ümumi olaraq bəyan edib ki, layihə "kritik əhəmiyyətli funksiyaları yaxşılaşdıracaq", "lazımi təhlükəsizlik tədbirlərini təmin edəcək" və "missiyanın gələcək ehtiyaclarına uyğun olan etibarlı, adaptiv infrastruktur təqdim edəcək", - deyə telekanal əlavə edib.

Link kopyalandı!
Son xəbərlər