Zelenskinin Davosa gedib-getməyəcəyi hələlik bəlli deyil
Dünya
249
16:49, Bu gün

Zelenskinin Davosa gedib-getməyəcəyi hələlik bəlli deyil

Ukrayna Prezidenti Volodimir Zelenski hələlik Davosa getməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Ukrayna lideri jurnalistlərlə söhbətində hələlik Davosda keçirilən Dünya İqtisadi Forumuna getməyi planlaşdırmadığını deyib. Lakin o qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla Ukraynanın bərpası ilə bağlı müqavilə imzalamaq üçün ikitərəfli görüş təşkil olunarsa, planlarını dəyişə bilər.

V.Zelenski bildirib ki, hazırda Kiyevdə qalır, çünki qış mövsümü ərəfəsində ölkənin istilik sistemini və enerji infrastrukturunu gücləndirmək üçün qoyulmuş tapşırıqların icrasına şəxsən nəzarət etmək niyyətindədir.

"Əgər getsəm, görüş baş tutacaq. Anlamaq vacibdir ki, Amerika tərəfi ilə hər hansı bir görüş Ukraynanın mövqeyinin gücləndirilməsi və ya münaqişənin həlli ilə bağlı konkret nəticələrə gətirib çıxara bilər. Lazımi sənədlər hazırlanarsa, görüş baş tutacaq", - deyə Ukrayna dövlət başçısı vurğulayıb.

Daha əvvəl "Axios"un jurnalisti Barak Ravid Ukrayna rəsmisinə istinadən sosial media hesabında V.Zelenskinin kütləvi gecə hücumlarından sonra hələlik Kiyevdə qaldığını və Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcəyini bildirmişdi.

Link kopyalandı!
Son xəbərlər