ABŞ-də miqrantlara qarşı əməliyyatlarda iştirak edən məmurlar və ailələri hədələnir
Dünya
247
16:48, Bu gün

ABŞ-də miqrantlara qarşı əməliyyatlarda iştirak edən məmurlar və ailələri hədələnir

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi qanunsuz immiqrantlara qarşı əməliyyatlarda iştirak edən miqrasiya polisinin və digər federal hüquq-mühafizə orqanlarının əməkdaşlarının uşaqlarının şəxsi məlumatlarının dərc olunması hallarının artdığını qeydə alıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə daxili təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflin "Fox News" telekanalına müsahibəsində məlumat verib:

"Biz federal hüquq-mühafizə orqanlarının əməkdaşlarının ünvanına daxil olan təhdidlərin 8 000% artdığını müşahidə edirik. Hədələr təkcə hüquq-mühafizə orqanlarının əməkdaşlarının özlərinə deyil, həm də ailələrinə ünvanlanır. Bu, həmçinin məktəblərdə onların uşaqlarına, iş yerlərində həyat yoldaşlarına qarşı da baş verir. Cinayətkarlar internetdən və darknetdən istifadə edərək təkcə uşaqların ünvanına təhdidlər göndərmir, həm də onların şəxsi məlumatlarını yayırlar".

O vurğulayıb ki, demokratların nəzarətində olan bir çox bölgələrdə ştat və şəhər səviyyələrində yerli polis orqanları adətən, federal hüquq-mühafizə orqanlarının təhlükəsizliyini lazımi səviyyədə həyata keçirmir və onlarla əməkdaşlıqdan imtina edirlər:

"ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi bu bölgədə miqrasiya polisi də daxil olmaqla, tabeliyindəki qurumların əməkdaşlarını qorumağa yönəlmiş təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir".

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə təxminən 25 milyon insan qanunsuz daxil olub. Ağ Ev rəhbəri həmçinin immiqrasiya siyasətinin sərtləşdirilməsi mövqeyindən çıxış edib. Andiçmədən sonra o, ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb və qeyd edib ki, Birləşmiş Ştatlar tarixində qanunsuz immiqrantların ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətindədir.

Link kopyalandı!
Son xəbərlər