Tokayev:
Dünya
141
16:46, Bu gün

Tokayev: "Qazaxıstan Konstitusiyasının mətnində düzəliş tələb edən səhvlər var"

"Qazaxıstan Respublikası Konstitusiyasının mətnində hüquqşünaslar və dilçilər tərəfindən düzəldilməli olan bir sıra qeyri-dəqiqliklər və səhvlər var".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Qurultayın (məsləhət-məşvərət orqanı) iclasında çıxış edərkən bildirib.

"Konstitusiyamızın mətnində bəzi ayrı-ayrı səhvlər müəyyən edilib. Vaxtilə terminoloji və stilistik qeyri-dəqiqliklər edilib. Biz bu boşluqları konstitusiya islahatının bir hissəsi kimi aradan qaldırmalıyıq. Bu işə təkcə hüquqşünaslar deyil, həm də ixtisaslı dil mütəxəssisləri cəlb olunacaqlar", - deyə o qeyd edib.

Dövlət başçısının sözlərinə görə, konstitusiyanın preambulasına xüsusi diqqət yetirilməlidir. Milli dəyərləri tam əks etdirməsi və zamanla aktuallığını qoruması üçün Konstitusiya yenidən yazılmalıdır.

O əlavə edib ki, yeni preambulada qeyd olunmalıdır ki, Qazaxıstan torpağında sivilizasiya və dövlətçilik tarixinin dərin kökləri var. "Bununla biz Qazaxıstanın Böyük Çölün qüdrətli dövlətlərinin varisi olduğunu nümayiş etdirməliyik", - deyə prezident vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər