KİV: Kaya Kallas Qrenlandiya məsələsini əksər xarici işlər nazirləri ilə müzakirə edib
Dünya
124
16:38, Bu gün

KİV: Kaya Kallas Qrenlandiya məsələsini əksər xarici işlər nazirləri ilə müzakirə edib

"Son iki gün ərzində Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas Qrenlandiya məsələsini əksər Aİ ölkələrinin xarici işlər nazirləri ilə müzakirə edib".

Moderator.az xəbər verir ki, bunu "Politico" nəşrinə Aİ-nin adı açıqlanmayan nümayəndəsi deyib.

O qeyd edib ki, Qrenlandiya ilə bağlı vəziyyət yanvarın 22-də keçiriləcək Aİ-nin təcili sammitində prioritet mövzu olacaq.

Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, adanın müdafiəsi ilə bağlı müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, ABŞ Qrenlandiyanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.

Link kopyalandı!
Son xəbərlər