Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanda vitse-prezident vəzifəsinin yaradılacağı bəlli olub.
Moderator.az Tengrinews.kz saytına istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev bildirib.
"Söhbət Qazaxıstanın vitse-prezidenti vəzifəsinin yaradılmasından və onun konstitusiyada təsbit edilməsindən gedir. Vitse-prezidentin namizədliyi prezident tərəfindən irəli sürüləcək və parlamentdə səs çoxluğu ilə təyin ediləcək. Onun səlahiyyətlərinin dairəsini dövlət başçısı özü müəyyən edəcək", - deyə Tokayev bildirib.
Prezidentin sözlərinə görə, vitse-prezident dövlət başçısının tapşırığı ilə beynəlxalq forumlarda və xarici nümayəndə heyətləri ilə danışıqlarda Qazaxıstanı təmsil edəcək.