Türkiyədə narkotik əməliyyatları çərçivəsində dörd məşhur saxlanıldı
Dünya
318
13:15, Bu gün

Türkiyədə narkotik əməliyyatları çərçivəsində dörd məşhur saxlanıldı

Türkiyədə hüquq-mühafizə orqanlarının məşhur şəxslərlə bağlı genişmiqyaslı narkotik təhqiqatı nəticəsində daha dörd tanınmış şəxs saxlanılıb.
 
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində sosial medianın tanınmış simalarından Bilal Hancı, nüfuzlu jurnalist Mehmet Üstündağ, Abdullah Gençal və İbrahim Barut tutulublar.
 
Xəbərdə bildirilir ki, daha üç şübhəli şəxs haqqında həbs qərarı verilib. Adları açıqlanmayan həmin məşhurların hazırda ölkə xaricində olduqları bildirilir.
 
Hüquq-mühafizə orqanlarının onları ələ keçirmək üçün lazımi prosedurlara başladığı da məlum olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər