İmamoğlu “təyyarə qəzası”nda qurban edilir? – Gündəmi silkələyən xəbər
Dünya
144
09:39, Bu gün

İmamoğlu “təyyarə qəzası”nda qurban edilir? – Gündəmi silkələyən xəbər

“Hər şey çox gözəl olacaq” şüarı ilə siyasi səhnəyə çıxaraq İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilən və hazırda həbsdə olan Əkrəm İmamoğlu barəsində son dövrlərdə qalmaqallı xəbərlər yayılır. İddia edilir ki, Ə.İmamoğlu vəzifədə olarkən şəxsi təyyarəsi ilə Kiprə qumar və əyləncə xarakterli səfərlər təşkil edib. Onun qadın, içki və qumar məclislərində iştirak üçün milyonlar xərcləməsi haqda deyilənlər gündəmi silkələyib.

Bildirilir ki, Əkrəm İmamoğlu məhz yol verdiyi “təyyarə qəzası” səhvi ilə siyasi səhnədə çıxarılır.

Bu iddialar nə dərəcədə əsaslıdır?

Moderator.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, təyyarə iddiası hələ də təsdiqini tapmayıb:

“Türkiyə mətbuatında uzun müddətdir Əkrəm İmamoğlu ilə bağlı müxtəlif məsələlər müzakirə olunur. İkinci dəfə bələdiyyə sədri seçildikdən sonra, təxminən bir il fəaliyyət göstərən İmamoğlu saxta diplom və fəaliyyətində yol verdiyi qanunsuzluqlarla bağlı saxlanılıb və bir müddətdir həbsdədir.

Araşdırmalar davam etdikcə, saxta diplom iddiaları ilə yanaşı, bələdiyyə vəsaitlərinin hansı istiqamətlərə xərclənməsi barədə sosial şəbəkələrdə və digər platformalarda geniş müzakirələr aparılır. Bir neçə dəfə məhkəmə qarşısına çıxarılan İmamoğlunun işi hələ də davam edir və onunla bağlı yeni məlumatlar mediaya sızmaqdadır.

Bu məlumatlar arasında böyük qruplaşmalar vasitəsilə jurnalistlərə yüksək məbləğdə pul verilməsi, şəxsi təyyarələrlə bir sıra məmurların Kiprə aparılması, orada fahişəlik və qumar oyunlarının təşkili, həmçinin narkotiklərlə bağlı iddialar yer alır. İmamoğlunun yaxın ətrafında olan bəzi şəxslər narkotik istifadəsi və satışı ilə bağlı mühakimə olunurlar”.

İmamoğlu "təyyarə qəzası"nda qurban edilir? - Gündəmi silkələyən xəbər

Politoloqun sözlərinə görə, İmamoğlu haqqında iddialar elə mərhələyə çatıb ki, onun bələdiyyədən əldə etdiyi vəsaitləri şəxsi və lüzumsuz xərclərə sərf etdiyi ehtimalı da gündəmə gəlib:

“Bu qədər ciddi ittihamın irəli sürülməsi onun siyasətçi və dövlət məmuru kimi karyerasında böyük problemlər yaradacaq.

Bununla belə, Türkiyədə geniş yayılmış bir yanaşma var: “Günahkar həmişə günahkardır”. Dövlət tərəfindən kiminsə günahkar elan edilməsi bəzən cəmiyyətin müəyyən hissəsinin həmin şəxsə daha çox simpatiya göstərməsinə səbəb olur. İmamoğlu bu vəziyyəti bir neçə dəfə öz xeyrinə çevirməyi bacarıb.

Hazırda o, cəmiyyətdə tanınmayan və ya təsirsiz bir fiqur deyil. Onun hansısa “təyyarə qəzası” ilə aradan götürülməsi inandırıcı görünmür”.

Link kopyalandı!
Son xəbərlər