ABŞ-ın dövlət borcu 38,5 trilyon dolları KEÇDİ
Dünya
205
09:29, Bu gün

ABŞ-ın dövlət borcu 38,5 trilyon dolları KEÇDİ

ABŞ-ın dövlət borcu 2,25 trilyon dollar artaraq 38,5 trilyon dollar həddini keçib.

Moderator.az xəbər verir ki, bu barədə rəqəmlər ABŞ Maliyyə Nazirliyinin göstəricilərində əksini tapıb.

Bu göstərici həm Birləşmiş Ştatların dövlət borcunun özü, həm də onun artım tempi üçün rekord hesab olunur.

Bundan əvvəlki maksimal göstəricilər ABŞ-nin sabiq prezidentləri Co Baydenə (onun prezidentliyi dövründə dövlət borcu 2,1 trilyon dollar artmışdı) və Barak Obamaya (1,7 trilyon dollar) məxsus idi.

XXI əsrdə dövlət borcunun ən aşağı artım göstəricisi ilə kiçik Corc Buş fərqlənib. Onun Ağ Evdəki ilk ili borcun cəmi 196 milyard dollar artması ilə müşayiət olunmuşdu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər