00:49
2°C
Bakı
“Suriyada baş verən proseslər zamanı Türkiyənin dəstəyi ilə Suriya ordusu tərəfindən İŞİD üzvlərinin azadlığa buraxılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır.”
Moderator.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi açıqlama yayıb.
Açıqlamada vurğulanıb ki, İŞİD-a qarşı bölgədə ən güclü mübarizə aparan və təşkilata indiyədək ən ağır zərbə vuran ölkə məhz Türkiyədir. Yayılan məlumatların həqiqəti əks etdirmədiyi isə xüsusi qeyd olunub.
“İctimaiyyətin, eləcə də əsrlərdir eyni coğrafiyanı və bir çox ortaq dəyərləri paylaşdığımız dost, qardaş və qonşularımızın bu cür əsassız iddialara etibar etməməsi xüsusilə xahiş olunur”, - açıqlamada deyilir.