Avropa liderləri Trampın Qrenlandiya ilə bağlı təhdidlərini müzakirə etmək üçün toplanacaq
Dünya
125
19 Jan 2026 | 23:29

Avropa liderləri Trampın Qrenlandiya ilə bağlı təhdidlərini müzakirə etmək üçün toplanacaq

Avropa liderləri ABŞ prezidentinin Qrenlandiyanı ələ keçirmək planlarını dəstəkləməyən ölkələrə rüsum tətbiq etmək qərarına necə cavab verəcəklərini müzakirə etmək üçün yaxın günlərdə şəxsən bir araya gəlməyə hazırlaşırlar.

Moderator.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bazar günü axşam AB-nin 27 hökumət liderinin yaxın günlərdə ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək təhdidlərinə cavabı müzakirə etmək üçün görüşəcəyini açıqlayıb.

Adı açıqlanmayan bir Avropa Birliyi rəsmisi görüşün 22 yanvar Cümə axşamı tarixinə planlaşdırıldığını deyib.

O AB liderlərinin şəxsən görüşdə iştirak etməsinin tələb edildiyini deyib.

Link kopyalandı!
Son xəbərlər