Moldova MDB-dən tamamilə çıxmağı planlaşdırır
Dünya
191
19 Jan 2026 | 22:20

Moldova MDB-dən tamamilə çıxmağı planlaşdırır

Moldovanın Xarici İşlər Nazirliyi respublikanın MDB-dən tamamilə çıxması üçün lazımi prosedurlara başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə xarici işlər naziri Mixail Popşoi Moldova Radiosuna açıqlaması zamanı danışıb.

O bildirib ki, bu, birliyə qoşulmaqla bağlı əsas sazişlərin ləğvindən sonra baş verəcək.

Baxmayaraq ki, faktiki olaraq ölkənin təşkilatda iştirakı daha əvvəl dayandırılmışdı, Moldova hüquqi baxımdan da MDB-nin üzvü olmaqdan çıxacaq.

Link kopyalandı!
Son xəbərlər